Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


15.06.2021  10:43 

Güləşçimiz Avropa çempionatının finalında





A+  A-

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı start götürüb.
XəzərNews.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Mübarizəyə dörddəbir finaldan qoşulan Musa Verdiyev (48 kq) startda Moldova güləşçisinə heç bir şans tanımayıb. Güləşçimiz yarımfinalda ukraynalı rəqibini tam üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb.

Qitə birinciliyində 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Sübhan Səfərli ilk görüşdə yerli güləşçini vaxtından əvvəl xalçadan məyus yola salıb. Həmyerlimiz makedoniyalı rəqibini də tam üstünlüklə sıradan çıxarıb. Ancaq yarımfinalda erməni həmkarı ilə bacarmayıb. Təmsilçimiz bürünc medal uğrunda yarışacaq.

Millimizin üzvü Ümid Məmmədov (65 kq) Avropa çempionatına Polşa idmançısı üzərində inamlı qələbə ilə start verib. Səkkizdəbir finalda Gürcüstan təmsilçisi ilə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə hesabdakı üstünlüyü əldən verən Ü.Məmmədov qarşılaşmanı məğlub başa vurub.

Güləşçimiz Səttərxan Allahverdili (80 kq) ilk mərhələdə Belarus güləşçisinə qalib gəlib. Həmyerlimiz daha sonra bolqar həmkarını yenib. Rusiya pəhləvanı ilə gərgin keçən mübarizədə də sevinən tərəf olan S.Allahverdili adını yarımfinala yazdırıb. Təmsilçimiz finalın bir addımlığında Gürcüstan güləşçisinə məğlub olub. Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Turnirdə 110 kiloqram çəki dərəcəsində yarışan Azay İsmayılov debütdə belaruslu rəqibini sonuncu xal prinsipinə əsasən üstələyib. Ancaq daha sonra Fransa güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün İsmayılov təsəlliverici görüşdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar iyunun 15-də keçiriləcək.

Xəbər 3448 dəfə oxunub.



05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +