Arvadından boşanan 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz etdi
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi
ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir


26.10.2020  11:06 

İstefa üçün verilən vaxt bitdi - Belarusda etirazlar şiddətləndi





A+  A-

Belarusun müxalifət lideri Svetlana Tixanovskayanın oktyabrın əvvəlində Litvadan etdiyi müraciətində Prezident Aleksandr Lukaşenkoya 25 oktyabra qədər istefa etməsi üçün verdiyi vaxt ötən gün bitib. Belə ki, Tixanovskaya Lukaşenkonu istefa vermədiyi təqdirdə ölkədə ümumi tətil olacağı və etirazların artacağı ilə hədələmişdi.
XəzərNews.az Belarus mətbuatına istinadən xəbər verir ki, Tixanovskayanın Lukaşenkonun istefası üçün verdiyi vaxt bitdikdən sonra minlərlə insan yenidən küçələrə axışıb. Nümayişçilər dövlət başçısının istefasını tələb ediblər.

Belarusun “Viasna” İnsan Hüquqları Mərkəzinin açıqlamasına görə, ötən gün ərzində saxlanılanların sayı 128-ə çatıb və bu sayın artmaqda olduğu bildirilib.

Mərkəz bibər qazı və səs bombası istifadəsi zamanı bəzi şəxslərin yüngül yaralandığını və polisin sərt müdaxilə etdiyini və xəstəxanalardakı yaralı sayının müəyyənləşdirilməsinə dair işlərin davam etdiyini bildirib.

Qeyd edək ki, Belarusda 9 avqustda Prezident seçkilərindən sonra başlayan hökumət əleyhinə etirazlar 11-ci həftədir ki, davam edir.



Xəbər 3726 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +