Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


13.06.2020  09:23 

Yüngül koronaviruslu xəstələrin evdə müalicəsinə hələ qərar verilməyib





A+  A-

TƏBİB yüngül koronaviruslu xəstələrin ev şəraitində müalicə olunması məsələsiylə bağlı məlumat yayıb.
Qurumdan XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, hazırda ölkəmizdə COVID-19 testi təsdiqlənmiş simptomsuz və yüngül simptomlu xəstələrin müşahidəsi və müalicəsi xüsusi rejimli tibb müəssisələrində aparılır. Virusa yoluxma sürətinin artmasını nəzərə alaraq bu dəyişikliyin COVID-19 xəstələrinin müalicəsinə tətbiqi Nazilər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirə olunur. COVID-19 xəstəliyini yüngül simptomla və ya simptomsuz keçirən şəxslərin ev şəraitində təcridi və müalicəsi barədə qərar qəbul edildiyi halda ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, hava-damcı yolu ilə yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydasında yeni qaydalar müəyyən edilib.

Belə ki, qərara edilən yeni dəyişikliyə görə, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisələrindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən müəyyən olunmuş qaydalara riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində tibbi müşahidə həyata keçirilir.

Xəbər 2544 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +