XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


17.12.2019  15:32 

Azərbaycanda pensiya yaşına çatan şəxslərə YENİ XƏBƏR





A+  A-

"Azərbaycanda pensiya yaşına çatan şəxslər üçün 10-dək ahıllar mərkəzinin yaradılması nəzərdə tutulur".
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Nazir hesab edir ki, bu mərkəzlərin fəaliyyəti ölkə üzrə sosial xidmət şəbəkəsinin yaradılmasına böyük bir dəstəkdir.

Onun fikrincə, bu şəbəkə bütün rayonları əhatə etməlidir: "Ölkənin ən azı 60 rayonunda Ahıllar Mərkəzinin yaradılmasına çox ciddi ehtiyac var. Surdioloji Mərkəzlərin sayı cəmi 10-15-dir. Görmə qabiliyyəti zəif olan uşaqlar üçün Mərkəzlərin sayı da bu qədərdir. Bunların hər biri hər rayonda olmalıdır. Günərzi Mərkəzlərinin sayının 70 olmasına baxmayaraq, bu Mərkəzlərə ehtiyac dəfələrlə artıqdır. Bir Günərzi Mərkəzi yaxşı halda 30-50 uşağa xidmət edə bilir. Aydın məsələdir ki, 30-50 uşağa xidmət edən Günərzi Mərkəzi 1-2 kəndin ehtiyacını ödəyə bilir, bütöv rayonunsa ehtiyacını ödəyə bilmir. Ona görə də bütün təşəbbüsləri dəstəkləyirik və birgə əməkdaşlıq göstərməkdə maraqlıyıq. Düşünürəm ki, həm qanunvericiliyin inkişaf etdirilməsi, həm də ortaq layihələrlə bu seqmenti daha da artıra bilərik".


Xəbər 3117 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +