XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


18.05.2017  12:05 

Bakıda saxta pul kəsən dəstə üzvləri tutulub





A+  A-

Daxili işlər orqanları saxta pulların hazırlanaraq dövriyyəyə buraxılması hallarının qarşısının alınması və bu qanun pozuntusuna yol verən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
XəzərNews.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Əfqan Nağıyev və Şabran rayon sakini Sərxan Məmmədov şübhəli şəxs qismində saxlanılıblar.
Onların üzərinə baxış keçirilən zamanı ümumilikdə 4 ədəd 50 manatlıq və 4 ədəd 20 manatlıq saxta əskinaslar, o cümlədən 0,439 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində saxta əskinasları onlara Vüsal adlı şəxsin satmaq məqsədi ilə verdiyini bildiriblər.
Xətai RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə saxta əskinasları hazırlayaraq Ə.Nağıyev və S.Məmmədova verən Yeni Suraxanı qəsəbə sakini əvvəllər məhkum olunmuş Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.
Onun yaşadığı mənzildən saxta pul əskinaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar, saxlanılan şəxslərin etiraf etdikləri kimi satışı nəzərdə tutulan külli miqdarda saxta əskinaslar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Dəstə üzvləri saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə realizə etmək məqsədi ilə hazırladıqlarını etiraf ediblər.
Qeyd edilən faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər 2855 dəfə oxunub.



09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +