Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb
Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?


04.04.2017  15:19 

Məşuqu tərəfindən baltalanan qadın öldü





A+  A-

Xaçmaz rayonunda məşuqu tərəfindən baltalanan qadın xəstəxanada vəfat edib.
XəzərNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə martın 27-də baş verib.

Hadisəni törədən 38 yaşlı Samir Qaçıyev bir müddət əvvəl 47 yaşlı Gülnaz Ələkbərovanın qızını qaçırıb və üç gündən sonra geri qaytarıbmış.

Gülnaz Ələkbərova bu səbəblə həmin gün səhər saatlarında Samirin yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisə zamanı Samir Qaçıyev Gülnaz Ələkbərovanı balta ilə vurub.

Ağır xəsarət alan Gülnaz Ələkbərova xəstəxanaya yerləşdirilib. Ona bir neçə gün tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Gülnaz Ələkbərova aprelin 3-də xəstəxanada vəfat edib.

Hadisədən dərhal sonra Xaçmaz polisi özündən 10 yaş böyük qadına balta zərbələri endirmiş Samir Qaçıyevi saxlayıb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər 3145 dəfə oxunub.



10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson


BÜTÜN XƏBƏRLƏR +