DTX və DİN Şuşada ƏMƏLİYYAT keçirdi
BMT bu ölkəyə görə iclas keçirəcək
Samir Şərifov işçi qrupun rəhbəri oldu
Sabiq prezidentin təhlükəsizlik qüvvələri qəza törədib
Nanənin verilişi bağlandı
Ukrayna ordusu Dobropol istiqamətində irəliləyir
Tramp Rusiyanı “təcavüzkar” adlandırdı - İlk dəfə
Sabahın havası: Bakıda buludlu, rayonlarda yağış olacaq
Deputat rektorları tənqid etdi
Azərbaycanın ərazi bütövlüyünü tanıdım ki...-Paşinyan etiraf etdi


31.10.2018  09:27 

Atalıq məzuniyyəti yenidən gündəmdə





A+  A-

Azərbaycanda atalıq məzuniyyətinə dair qanunvericilik müddəalarına yenidən baxılması, o cümlədən ödənişli atalıq məzuniyyəti imkanının nəzərdən keçirilməsi təklif edilir.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib.

Təkliflərdə uşaqlarını böyüdən və eyni zamanda karyera quran qadınlara dəstək verən ölkələrin qabaqcıl təcrübəsinə əsaslanaraq, qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdən keçirmək məsələsi də yer alıb.

Layihəyə əsasən, bu tədbirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti və Milli Məclis tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, kişilərə ödənişli atalıq məzuniyyəti verilə bilər və buna normal baxır.

S.Qəhrəmanovanın sözlərinə görə, ailədə uşağa ana ilə bərabər, ata da baxmalıdır. Uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilə bilər: “Bəzən ailədə uşağın tərbiyəsi ilə daha çox ana məşğul olur. Ata isə hesab edir ki, o, ancaq ailə üçün “çörək” qazanıb gətirməlidir, bununla da işi bitir. Ancaq kişi də hiss etməlidir ki, övlad həm də onundur. Buna görə də ailədə valideynlərin uşaqlara qarşı məsuliyyəti bərabər olaraq müəyyən edilməlidir”.

Xəbər 2937 dəfə oxunub.




15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı

15.09.2025  15:56 

Prezident sərəncam İMZALADI

15.09.2025  14:09 

Deputat rektorları tənqid etdi

15.09.2025  12:50 

TƏBİB-in sistemi çöküb -FOTOLAR

15.09.2025  12:47 

Məhəmməd Mirzəliyə hökm oxundu

15.09.2025  12:37 

Milli Məclisdə iclas keçirilir

15.09.2025  11:14 

Fərid Qayıbov yola salınır?


BÜTÜN XƏBƏRLƏR +