“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


29.01.2018  17:08 

Rusiya işğalçı Ermənistana yeni silahlar verir





A+  A-

Rusiya bizim regionda sabitliyin və təhlükəsizliyin qorunmasında böyük rol oynayır.
XəzərNews.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın Azərbaycana silah satışı məsələsini şərh edərkən deyib.

“Biz öz yerimizdə regionda hərbi balansın qorunması üçün əlimizdən gələni edirik, Moskvadan lüqotlu qiymətlərlə silah alırıq. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri və ən aparıcı regional oyunçu kimi regional təhlükəsizliyin təmin olunmasında böyük rol oynayır”, - deyə Nalbandyan 2017-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Nalbandyan Ermənistanın Rusiya ilə tərəfdaşlıq münasibətləri çərçivəsində müdafiə qüdrətini artırmaq üçün əldə olan bütün imkanlardan istifadə edir.

“2010-cu ildə Rusiya hərbi bazasının Ermənistanda fəaliyyəti haqqında yeni müqavilə imzalanan vaxt orada xüsusi bir müddəa var idi. Həmin müddəaya görə, Rusiya tərəfi Ermənistanı yeni silahlarla təchiz etməli idi. Bu hal-hazırda baş verir”, - deyə Nalbandyan bildirib.

Rusiyanın Ermənistanda yerləşən 102 saylı hərbi bazası 21 avqust 1992-ci ildə imzalanmış Rusiya Federasiyası Silahlı Qüvvələrinin hüquqi statusu haqqında müqavilə və 16 mart 1995-ci ildə Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazası haqqında müqavilə əsasında yaradılıb. Bazanın fəaliyyəti haqqında yeni müqavilə 25 il müddətinə imzalanıb və sonradan ovaxtkı Rusiya prezidenti D.Medvedevin 2010-cu ildə Ermənistana səfəri zamanı daha 49 il müddətinə (2044-cü ilə kimi) uzadılıb.

Xəbər 2963 dəfə oxunub.




16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +