Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü
Keyfiyyətli dondurmanı necə seçək?
Vağzalın parkinq xidməti müvəqqəti dayandırılır
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri artıb
Kursdan çıxan PUA Rostovda yaşayış binasına çırpılıb
Əsir mübadiləsi: 84 ukraynalı vətənə qayıdıb
Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
Qışda ƏT bahalaşacaq...- Səbəb?
Azərbaycanlılar Rusiyadan deportasiya edildi
Təhsil haqqı 2 min manat artırıldı


07.06.2025  15:01 

Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava





A+  A-

Sumqayıt şəhərində restoranda dava olub.

XəzərNews.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Xarı bülbül” restoranında keçirilən toy məclisində baş verib.

Məclisdə Vasif adlı şəxs özünün 2004-cü il təvəllüdlü Murad Məstalıyev və Sənan Şahməmmədov tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.

Müraciət üzrə təhqiqatçılar araşdırma aparıb. Araşdırma zamanı hər iki şəxsin izahatı alınıb, iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilib. Zərərçəkmiş şəxsin bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlər aşkarlanıb. Təqsirkar şəxslərə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.

İş üzrə izahat verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası və atası ilə “Xarı bülbül” restoranında keçirilən toy məclisində iştirak edib: “Dayım oğlu Sənan və arvadı da toydaydı. Onların masasının qonşuluğunda sonradan adını bildiyim Vasif və nişanlısı da əyləşmişdi. Həmin şəxslər araq içib, özlərini normal aparmırdılar. İçkili halda nalayiq ifadələr işlədir, qeyri-etik hərəkətlərə yol verirdilər.

Vasifə yaxınlaşaraq toyda bizim ailə üzvlərimizin də olduğunu dedim, özünü normal aparmasını xahiş etdim. Amma o, dediklərimizə məhəl qoymadı. Buna görə Sənanla birlikdə Vasifi foyeyə dəvət etdik. Vasif pilləkənə çatanda onu itələdim, əlbəyaxa olduq. Yumruqla üzünə bir zərbə endirdim. Toyda olanlar bizi ayırdılar”.

Murad ifadəsində əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, barışığın alınmadığını bildirib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vasifin sözlərinə görə, nişanlısı ilə “Xarı bülbül” restoranında Taleh Salmanovun toy məclisində iştirak ediblər: “Toyda içki işdim. Lakin heç bir qeyri-etik hərəkətə yol vermədim. Rəqs edərkən iki nəfər tanımadığım şəxs məni foyeyə çağırdı. Foyedə onlar yumruq-təpiklə məni vurmağa başladılar”.

Zərərçəkmiş qeyd edib ki, hadisədən sonra bir müddət özündə olmadığı üçün daha sonra nə baş verdiyini xatırlamır: “Məni döyənlərdən şikayət etmişəm. Onlardan şikayətçiyəm”.

Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Murad 300 manat miqdarında cərimə olunub.

Digər təqsirli bilinən Sənan barəsində də inzibati qaydada tədbir görüləcəyi gözlənilir.

Xəbər 2369 dəfə oxunub.



14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub


BÜTÜN XƏBƏRLƏR +