Ermənilərin Azərbaycana qayıtması qeyri-realdır - Paşinyan
Voronejdə bazar sahibi olan Yusif Xəlilov həbs edilib
Paytaxtın mərkəzi küçəsində işıqfor işləmir
Bu, artıq səhv deyil, belə zərbələr... - Ukraynadakı azərbaycanlı
“TamStore” çəkidə və qiymətdə müştəriləri aldadır
Etimad İsmayılovun qatili azadlıqda?
Sabahın hava proqnozu açıqlanıb
Sərxoş avtobus sürücüsü həbs edildi
Perinatal Mərkəzdə körpələrin ölümünə səbəb oradakı sıxlıq olub?
Xarkovda matəm elan edildi


28.04.2021  13:49 

Sabah hava küləkli olacaq - Xəbərdarlıq





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Aprelin 29-da gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Aprelin 29-u axşam qərb rayonlarından başalayaraq mayın 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayr-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər 3508 dəfə oxunub.




18.08.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

18.08.2025  12:47 

“Rabitəbank” cərimələndi

18.08.2025  12:08 

“İrşad” cərimələnə bilər

18.08.2025  11:49 

Xarkovda matəm elan edildi

18.08.2025  11:27 

Generalın oğluna vəzifə verildi

18.08.2025  11:08 

Bu rayonda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +