İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


14.07.2025  11:05 

Tanınmış həkimə cinayət işi açıldı





A+  A-

Xəbər verdiyimiz kimi, Humay Əliyeva adlı qız oftalmoloq Cahid Şahbazov tərəfindən uğursuz göz əməliyyatı keçirtdiyini deyib.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı axam.az-a müraciət edən Humay həkimlə bağlı polisə şikayət edib. O bildirib ki, tibbi ekspertiza onun gözündə uğursuz əməliyyat olunduğunu təsdiqləyib:

"Caspian Hospital"da işləyən Cahid Şahbazovun gözümdə törətdiyi dəhşətli əməliyyyata görə Səbail Rayon Prokurorluğunda Cahid Şahbazova cinayət işi açılıb. Həmçinin tibbi ekspertiza təsdiqlədiki gözümdə onun qoyduğu diaqnozla bağlı problem olmayıb. Heç bir problem olmadan gözümü yaman hala salıb. Bir ildən çoxdur ki, həkim axtarıram ki, onun pis günə qoyduğu gözümü düzəldə bilsin. Türkiyədəki həkimlər gözümü yoxlayanda ilk sualları bu oldu ki, əməliyyatı edən adam həqiqətən həkim olub? Dedim, bəli, Bakıda işləyən göz həkimidir. Onlar nə həkimi, nə məni tanıyırlar. Sadəcə bir pasient olduğumu bilirlər. Dedilər ki, o, kimdirsə, ümumiyyətlə bu sahədə təcrübəsi olmayıb. Çox təcrübəsiz insan tərəfindən əməliyyat edilib. Hətta dedilər ki, gözünü kim edibsə, bu sahədə təcrübəsi yoxdur. Çox təcrübəsiz biridir. Orada dedilər ki, gözün o qədər pisdir ki, zəmanət vermirik düzələcək, ya yox. Açıb baxmalıyıq ki, həkim nə törədib. Hətta Nigar Rzazadə gözümə elə bir tikiş atıb ki, şram qalıb. İnsan nə törədibsə, xaricdəki həkimlər aciz qalıblar".

Qeyd edək ki, Humay C.Şahbazov tərəfindən göz əməliyyatı olunub. Humay əməliyyatdan sonra gözündə problem yarandığını deyib.

Xəbər 1882 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +