İstilər yenidən qayıdır - Şənbə gününün havası
Məmurun evindən 340 min pulu oğlunun sevgilisi oğurlayıb
Milyarder İbrahim Süleymanov Rusiyada həbs olundu
Mirzoyan: Fundamental prinsiplər razılaşdırılıb
Paşinyan Azərbaycanla kommunikasiyadan danışdı
Kreml müharibəni necə yekunlaşdıracaq? - Şərh
Ukrayna bu ölkə ilə münasibətləri kəsdi
Milyarder Britaniyanın baş nazirini tənqid etdi
Azərbaycan nefti ucuzlaşdı
Zavodda güclü partlayış -VİDEO


06.11.2018  13:43 

Sabah yağış yağacaq





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağışın intensiv olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə gecə 4-9 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 07-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və mövsümə uyğun temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 3175 dəfə oxunub.



03.10.2025  11:06 

Azərbaycan nefti ucuzlaşdı

03.10.2025  10:29 

Zavodda güclü partlayış -VİDEO

03.10.2025  10:19 

Krımda yanacaq qıtlığı yaranıb

02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR


BÜTÜN XƏBƏRLƏR +