Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


12.09.2017  19:23 

Bakının bu parklarında da “pulsuz Wi-Fi” olacaq





A+  A-

“Pulsuz Wi-Fi” tezliklə Dədə Qorqud parkı və Nərimanov metrosunun yaxınlığındakı parkda istifadəyə veriləcək.
“Baktelecom”dan XəzərNews.az-a verilən məlumata görə, “Pulsuz Wi-Fi”ın əhatə dairəsi genişlənir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC tərəfindən cari ilin mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən paytaxt sakinləri və şəhərimizin qonaqları yaxın günlərdə Dədə Qorqud və Nərimanov parklarında da istifadə edə biləcəklər.

Qeyd edək ki, indiyədək "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

Xəbər 3050 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +