Təyyarə qəzası, ölənlər var -FOTO
ABŞ-da vəziyyət pisləşəcək -TRAMP
Deputatın meyiti TAPILDI
Türkiyə ilə ABŞ arasında bir çox sənədlər İMZALANIB
Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA
Prezident: Xəzər dənizi sürətlə kiçilir - “Vəziyyət pisdir”
Sabiq MTN polkovniki saxlanılıb -FOTO
Prezident BMT-də çıxış etdi - VİDEO
Netanyahunun təyyarəsi yoxa çıxdı
Lukaşenkodan Paşinyana təklif...


18.11.2017  14:37 

“Bu, kimlərinsə bilərək etdiyi oyundur” - Türkiyə NATO qalmaqalı böyüyür





A+  A-

NATO-nun Norveçdə təlim mərkəzində Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın şəkillərini atış üçün hədəf kimi qoymasına Türkiyədən sərt reaksiya gəlib.
XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin ədliyyə naziri Bəkir Bozdağ NATO-nun bu hərəkətini böyük skandal adlandırıb. O, “Bu, boyük biabırçılıq, alçaqlıqdır. Bu alçaq addımı atanları nifrətlə qınayırıq”,- deyib.

Nazirin sözlərinə görə, bu addım Türkiyə üçün gecə-gündüz çalışan liderləri sevməməkdən irəli gəlir: “Türkiyəyə qarşı düşmənlik edənlər ölkəni sevənləri, dirçəltmək istəyənləri görmək istəmirlər. Onlara qarşı düşmənliklərini gizləmirlər”.

Bundan başqa, təlim sırasında prezident Ərdoğanı qaralamaq üçün yaradılan saxta hesabdan edilən paylaşımlar ortaya çıxıb.
“RTERDOĞAN” adıyla açılan saxta hesabda prezident Ərdoğanı NATO düşməni kimi təqdim edən paylaşımlar edilib.

Türkiyənin hərbi mənbələri isə hadisədə sadəcə 1-2 şəxsin məsuliyyət daşımadığını, NATO-nun ölkə üçün açıq təhdid olduğunu qeyd ediblər:

“Bu, son dəqiqə qalmaqalı və tək bir zabitin işi deyil. Təlimin planlaşdırma müddətində bu bəlli olmalı idi. Xəyali düşmən tablosu boş buraxılmış olsa belə, ən azı 1-2 ay əvvəl kimlərin ora daxil ediləcəyi məlum olmalı idi. Bu ssenaridə istifadə ediləcək hər bir detal təsdiqlənmə prosedurundan keçir. Bu kimlərinsə bilərək etdiyi oyundur”.

Ərdoğan da dünənki çıxışı zamanı bu olayı sərt tənqid edib. O hədəflər aradan götürülsə belə Norveçdəki NATO təlimlərinə qatılan 41 türk əsgərinin təcili geri çağırılmasını əmr edib: “Belə bir ittifaq, müttəfiqlik olmaz. Oyun başqadır. Zaman-zaman başqa yerlərdə də bu kimi şeylər edildi”.

Qeyd edək ki, baş verənlərdən sonra NATO baş katibi Yens Stoltenberq əvvəlcə yazılı şəkildə, daha sonra Kanadada səfərdə olan Türkiyənin Baş Qərargah rəisi Hulusi Akarla üz-üzə gələrək üzr istəyib.

Xəbər 2780 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.09.2025  00:49 

Tovuzda ev YANIB

26.09.2025  00:37 

Deputatın meyiti TAPILDI

25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...


BÜTÜN XƏBƏRLƏR +