“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq


25.09.2017  15:32 

İki erməni əsgər güllələndi





A+  A-

Hər dəfə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müəyyən konsensusun əldə edilməsi gündəmə gələndə işğalçı dövlət müxtəlif hadisələr törətməklə ölkə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Bu dəfə də belə oldu. İşğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi fonunda Ermənistan ordusunda növbəti bədbəxt hadisənin baş verməsi buna bir daha sübutdur. Nəticə isə məlumdur, Ermənistanın hərbi-siyasi rəhbərliyi ordudakı neqativ halların baş verməsində bilavasitə maraqlıdır.
Son zamanlar Ermənistan ordusunda neqativ halların durmadan artması sirr deyil və bu barədə məlumatlar erməni sosial mediasında əsas müzakirə edilən mövzulardandır. Diqqəti cəlb edən məqamlardan biri isə erməni sosial şəbəkə istifadəçilərinin Ermənistan silahlı qüvvələrində baş verən bir çox hadisələrin ölkə rəhbərliyi və yuxarı komandanlığın tapşırıqlarına əsasən hərbi hissə komandirləri tərəfindən təşkil olunduğu barədə məlumatların yer almasıdır. Təbii ki, bu məsələlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin marağının olması və bundan şəxsi və siyasi məqsədlər üçün istifadə olunması iyrəncdir və heç şübhəsiz bu xislət, Ermənistandan başqa dünyanın heç bir ölkəsinə xas deyil.

XəzərNews.az xəbər verir ki, erməni sosial mediasında hiddətlə müzakirə olunan növbəti məsələ Laura adlı Facebook istifadəçisinin qohumunun ağır yaralanması barədə etdiyi paylaşımdır. Onun sözlərinə görə, Madagizdə yerləşən hərbi hissədə xidmət edən qohumu Narek Zarqaryanla digər hərbi qulluqçu Yura Hakopyan döyüş postunda olan zaman post komandiri tərəfindən təhqirlərə və alçaldıcı hərəkətlərə məruz qalıblar. Komandirin bu hərəkətlərinə etiraz edən hərbi qulluqçular güllələnərək ağır bədən xəsarəti ilə hospitala təxliyə ediliblər. Hazırda hər ikisinin vəziyyəti ağırdır.

Xəbər 3172 dəfə oxunub.



27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +