İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


24.03.2024  14:06 

UABD sədri adından Kiyevdə müsəlman icma üzüvlərinə iftar verilib -Fotolar





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov adından Kiyev şəhərində fəaliyyət göstərən müsəlman icma üzüvlərinə iftar verilib.

Məlumatı Xəzərnews.az-a UABD Mətbuat xidmətinin rəhbəri Qabil Osmanlı verib.

Q.Osmanlı bildirib ki, iftar süfrəsində həmçinin diplomatik korpus nümayəndələri, hərbçilər və diaspor fəalları iştirak ediblər.

UABD-sədri Hikmət Cavadovun dəvətilə tədbirə qatılan Krım- Tatar Məclisinin sədri, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilyev və Çeçenistan mühacir hökumətinin rəhbəri Əhməd Zakayev çıxışlarında ağır müharibə şəraitində bu kimi tədbirləri təqdir edərək, Ukraynada yaşayan xalqların Rusiya imperializminə qarşı mübarizəsini yüksək qiymətləndiriblər.

M.Cəmilyev Ukraynanın azadlığı və suverenliyi uğrunda mübarizə aparan azərbaycanlıların fəaliyyətini digər xalqlara nümunə göstərib.

Qeyd olunub ki, Ukrayna uğrunda həlak olan azərbaycanlıların sayı 50-ni keçib, bu isə öz-özlüyündə Ukraynada yaşayan soydaşlarımızın Ukrayna xalqı ilə çiyin-çiyinə düşmənə qarşı mübarizə apardığının göstəricisidir.













Xəbər 2938 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +