“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


22.08.2022  10:24 

Bahalaşma dalğası bütün sahələrə təsir edəcək...





A+  A-

"Sentyabrdan sonra kənd təsərrüfatı məhsullarının bahalaşması sürətli xarakter alacaq. Şəkər, eyni zamanda bitki yağlarının qiyməti artacaq. Həmçinin iaşə sektorunda təklif edilən xidmətlər də bahalaşacaq. Çünki bunlar birbaşa ərzaq məhsullarının dəyərindən asılıdır".

XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az-a açıqlamasında deyib.

Ekspert bahalaşma dalğasının bütün sahələrə təsir edəcəyini deyib:

"Sürətli inflyasiya əhalinin gəlirlərinin azalmasına səbəb olub. Belə bir şəraitdə şirkətlər qərar qəbul etmək məcburiyyətindədir. Onlar öz işçilərinin rifahını dəstəkləmək məqsədilə müəyyən mənada əməkhaqlarını artırmalıdırlar. Əməkhaqqı artmadığı halda məhsuldarlıq aşağı düşəcək. Normal şirkətlər bunu nəzərə alıb əməkhaqqını artıracaq. Əməkhaqqı fondunun xərc yükünü artrmsı şirkətlər tərəfindən təklif olunan mal və xidmətlərin bahalaşmasına gətirib çıxaracaq".

İqtisadçı hesab edir ki, təxminən 2023-cü ilin üçüncü rübündən etibarən qiymətlərdə müəyyən ucuzlaşma prosesi baş verə bilər:

"Yəni, proses inflyasiyadan defilyasiya mərhələsinə keçə bilər. Çünki bahalaşma sonsuza qədər davam edə bilməz. Hökumətlər artıq bununla bağlı sərtləşdirilmiş humanitar siyasət həyata keçirməyə başlayıblar".

R.Həsənov qeyd edib ki, hökumətin proseslərə adekvat reaksiyası çox zəifdir:

"Azərbaycan hökuməti indiki şərtlər daxilində antiinflyasiya tədbirlərini daha çevik mərhələyə daxil etməlidir. Fevral ayının əvvəlindən etibarən ölkə prezidenti tərəfindən imzalanmış Fərman var. Bununla bağlı tapşırıqlar verilib. Amma hökumət bu istiqamətdə çox ləng davranır. Hələlik antiinflyasiya prosesinin əhatəli başlanılması müşahidə olunmur. Müəyyən istiqamətlərdə dekorativ xarakterli, yaxud uzunmüddətli dövrdə nəticə verə bilən qərarlar qəbul edilir. Məsələn, taxıl istehsalçılarına 100% subsidiyaların verilməsi, yaxud istehlak səbətinə daxil olan ərzaq məhsulları üçün 2023-cü ilin dövlət büdcəsində müəyyən güzəştlər nəzərdə tutulur. Başlanmış ciddi inflyasiya təzyiqinə bu formada reaksiya vermək olmaz. Bu qərarlar ən qısa müddətdə qəbul olunub, həyata keçirilməlidir. Gömrük rüsumlarının, vergilərin optimallaşdırılması, azaldılması qısamüddətli dövrdə görüləcək işlərdir. Hətta sosial qrupların alıcılıq gücünün dəstəklənməsi vacib məsələdir".

Ekspert əlavə edib ki, hökumət sosial paketlər açıqlamalıdır:

"İndiki şərtlər daxilində hökumət yalnız manatın məzənnəsini sabit saxlamaqla müəyyən mənada inflyasiya təzyiqlərini qismən də olsa, azalda bilir. Ammq bu dayanıqlı mexanizm deyil. Orta və uzunmüddətli dövrdə hökumət daha ciddi addımlar atmalıdır. Ümumiyyətlə, hökumətin iqtisadiyyata yanaşması tamamilə dəyişməlidir. Hökumət beynəlxalq iqtisadi bloklara daxil olmalı, rəqabətli fəaliyyət üçün mühit yaratmalı, xarici investorların bazarda aktiv iştirakçılığını təmin etməklə istehsalı gücləndirməlidir".

Xəbər 3117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +