Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


04.04.2022  22:05 

Rüfət müəllim, niyə siz millət vəkili ola-ola qanunu pozursuz?





A+  A-

Millət vəkili Rüfət Quliyev Bakıdakı kafelərin birində qanun pozuntularına yol verməsi ilə bağlı məlumat vermişdik.

XəzərNews.az xəbər verir ki, o, bu ittihamlarla bağlı Bakupost.az -a deyib ki, heç bir qanun pozuntusuna yol verməyib:

“Həmin şəxs deyib ki, rus dilində danışırdım. Bəli, bu mənim konstitusion hüququmdur. Azərbaycan, rus, ingilis dilində də danışa bilərəm və mükəmməl olaraq üç dili də bilirəm. Mən “Kent” siqareti çəkirəm ki, o da aksiz markalı siqaretdir. Hansı qanunu pozmuşam, bilmədim.

Əgər çox belə cəsarətli oğlan idisə, yaxınlaşıb mənə deyərdi ki, Rüfət müəllim, niyə siz millət vəkili ola-ola qanunu pozursuz? Yəni, qıraqdan baxıb nəsə yazmaq, ittiham etmək, yalan demək nəyə lazımdır? Mənim sözlərim də budur. Nəyi pozmuşam? Necə pozmuşam? Nə təhər olub pozmuşam? Heç nəyi pozmamışam, ona görə boş yalandır.
R. Quliyev insanlara qarşı açıq, hamı ilə ünsiyyət quran, normal və adi insandır. Mən kafelərə də gedirəm, çay da, kofe də içirəm, icazə verilən yerdə siqaret də çəkirəm. Burada heç bir qəbahət yoxdur. Ona görə əgər Samir istəsə telefonuma zəng vursun və telefonda desin ki, Rüfət müəllim siz niyə qanunu pozmusuz? Bu iddianın adı nədir? Çalışıram ki, insanlarla rahat münasibət qurum. Mən hamıya açığam, hamı ilə diskussiya apara bilirəm və qanunları da pozmuram”.

***

Millət vəkili Rüfət Quliyev Bakıdakı kafelərin birində kobud qanun pozuntularına yol verib.

Bu barədə tanınmış ictimai fəal Samir İsmayıl məlumat verib.

Onun sözlərinə görə, deputatın hamıdan tələb olunan elementar qaydalara əməl etməməsi, Milli Məclisin qəbul etdiyi qanunlara hörmətsiz yanaşması ikrah doğurub:
“Dünən deputat Rüfət Quliyevi şəhərin "coffee shop"larının birində gördüm. Qapalı məkana maskasız girdi. Masa arxasında yerli vətəndaşlarla rus dillində danışırdı. Salonda siqaret çəkməklə, Milli Məclisin qəbul etdiyi “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərini pozurdu. Masanın üstündə aksiz markası olmayan “Marlboro” qutusu var idi. Qeyd edim ki, "Marlboro"nun istehsalçısı "Philip Morris" şirkəti Azərbaycanda təmsil olunmur.

“Bütün siqaretlər eynidir, yalnız adı və qutusu fərqlidir” fikrinin müəllifinin, özünün istehsal etdiyi “European Tobacco-Baku” məhsullarını istifadə etməməsini görmək çox maraqlı oldu”.


Xəbər 6948 dəfə oxunub.




01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +