NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də
Kəlbəcərdə “Mercedes“ dərəyə aşdı
Putin Trampı imicinə zərbə vurur - Politoloq
16 yaşlı qıza təcavüz edənlər saxlanıldı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
“AA“ seriyalı “Land Rover“ini sürən yeniyetmə...
Hikmət Hacıyev ABŞ-da... - Görüşlər keçirir
Bu, müharibə aktıdır - Co Vilson
Dünyada daha bir eskalasiya baş verdi - Zelenski


12.03.2022  18:37 

Kəmaləddin Heydərovun milyonçu bacanağı kimdir?





A+  A-

"Renessans Ko Ltd” MMC martın 9-da "GP Kotton Holdings” MMC ilə birləşdiyini elan edib. "Turan” informasiya agentliyinin araşdırması nəticəsində müəyyən edilib ki, "Renessans Ko Ltd” 1998-ci ildən Azərbaycanda pambıq biznesinə nəzarət edir.

Bu şirkət haqqında kommersiya hüquqi şəxslərin reyestrindən aktual məlumatlar Dövlət Vergi Xidməti tərəfindən gizlədilir. Şirkətin direktoru, onun nizamnamə kapitalının miqdarı haqqında heç bir məlumat yoxdur.

2006-cı ilin martında şirkət 100% fiziki şəxs, Azərbaycan rezidenti Hikmət Abuzər oğlu İsmayılova məxsus olub. Həmin vaxt "Renessans Ko Ltd” "MKT İstehsalat Kommersiya” MMC-nin 80% pay iştirakının sahibi olub. Sonuncu şirkət pambıqçılıq və emalı bazarında, o cümlədən toxuculuq sənayesində inhisarçı olmaqla yanaşı həm də aktivində kommersiya daşınmaz əmlaka malikdir.

Hikmət İsmayılov "Azsığorta” ASC sığorta şirkətinin 100%-lik təsisçisidir. O, həmçinin "AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə, "Bank of Baku”nun səhmlərinin isə 31,11%-nə sahibdir. O, "Azdemir Ltd” və "CBS-PP” şirkətlərinin sahibidir. Hikmət İsmayılova "NH Investment”, "Professional Real Estate Servis”, "Fud and Snak Qrup”, "Gilan FMCG Qrup”, "Promenade Properties”, "AzF Ko Ltd” və "Avant Treding” şirkətləri məxsusdur.

Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

"GP Kotton Holdings” MMC-nin nizamnamə kapitalı 300,4 milyon manat, "MKT İstehsalat Kommersiya” MMC-nin nizamnamə kapitalı 357,2 milyon manatdır. Hər iki şirkətin direktoru Rövşən Həsən oğlu Həsənovdur./Turan

Xəbər 3279 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +