Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


02.01.2022  11:01 

“Təxribat“?!: Yox, laqeydsizlik və biganəlik





A+  A-

Ötən statuslarda yazdığım kimi bu səfər də deyim ki, Azəbaycan xalqına və dövlətçiliyinə əsas zərbəni xarici qüvvələr, üzdə olan müxalifət deyil, hakimiyyətdə olan məmurlardır.

O məmurlar ki, yanlış təqdimatlar nəticəsində vəzifədədir.

O məmurlar ki, vəzifənin yaradığı komfort əhatə dairəsi onları sadə xalqdan çox uzaqlaşdırıb.

O məmurlar ki, damarlarında erməni qohumluğundan elə erməni qanı axır.

O məmurlar ki, artıq 10-15 ildən artıq vəzifədə qalaraq 7 nəslinə "gün ağlayıb".

Nəhayət o məmurlar ki, milli şüura, təfəkkürə və dəyərlərə dırnaqarası baxaraq xalqdan çox uzaqlaşıblar.

Şəhid Polad Həşimovun anasını bu həddə çatdıran məmurlar ifşa olunmalıdır. Çünki bu məsələ zatən 2 ilə yaxındır xalq arasında danışılmaqdadır. Əminəm ki, ölkə başçısı bu məsələni belə buraxmayacaq.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova NOCOMMENT.az-a ötən müsahibələrində Raqufun dəfn mərasimində Müdafiə Nazirliyindən rəhbər şəxslərdən heç kəsin iştirak etmədiyini bildirmişdi:

“Raqufun dəfn mərasimində Müdafiə Nazirliyinin bir nəfər belə olsun rəsmisi iştirak etmədi. Hansı ki, Raquf Orucov aprel döyüşlərində şəhid olmuş yeganə hərbi hissə komandiri idi. Lakin, xalq Raqufu sevgi və böyük izdiham ilə dəfn etdi. Bu gün də insanların, Azərbaycan xalqının sevgisi bizə böyük dəstəkdir və ədalət mütləq yerini tapacaqdır”.

Hətta Sumqayıtda yaşadığı binaya xatirə barelyefi belə şəhidin həyat yoldaşı Sevinc xanımın maliyyə vəsaiti hesabına vurulub. Axı niyə?!

Bu kimi hallar araşdırılmadıqca, cavabdeh məmurlar cazalanmadıqca insanlar danışacaq, biz də xarici qüvvələr və təxribatçılar axtarışında olacağıq. Səbəbkar isə bu "təxribat" dumanında gözdən itməyi və maskalanmağı bacaracaq...

İlham Məmmədzadə


Xəbər 3405 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +