Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


09.05.2021  15:28 

Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır





A+  A-

Aşağı karbohidratlı meyvələr diabet pəhrizi üçün yaxşıdır. Həkim-diyetoloq Erin Polinski-Uayd bu meyvələri və giləmeyvələri şəkəri yüksək olanlara tövsiyə edir.
XəzərNews.az bu barədə “MedikForum” saytına istinadla xəbər verir.

Qaragilə və çiyələk. Antioksidant və sellülozlarla zəngin olması baxımından giləmeyvələr diabet xəstələri üçün super məhsuldur. Bir fincan təzə qaragilənin tərkibində 84 kalori və 21 qram karbohidrat olur.

Albalı. Bir fincan albalının tərkibi iltihaba qarşı faydalı olan 52 kalori və 12,5 q karbohidratdan ibarətdir. Antioksidantlarla zəngin olan turş albalı, həmçinin ürək xəstəlikləri, xərçəng və digər xəstəliklərə qarşı mübarizədə müsbət təsirə malikdir.

Armud. Sellülozla zəngin olan orta ölçülü bir armudun tərkibində sellülozun gündəlik normasının təxminən 5,5 q və ya 20 faizi olur. Bu baxımdan armudun diabet rasionuna əlavə olunması məsləhətdir. Bundan əlavə, əksər meyvələrdən fərqli olaraq armudun dəriləndən sonra dadı həqiqətən yaxşılaşır.

Armudu yetişənə və yemək üçün ideal olana kimi otaq temperaturunda saxlayın (daha sonra onu soyuducuya yerləşdirmək olar).

Alma. Orta ölçülü alma daha məsləhətlidir. Sellülozla (orta ölçülü bir almada gündəlik normanın 16 faizi, təxminən 4 qram) zəngin olan almanın tərkibində həm də müəyyən miqdarda S vitamini var. Yəni, orta ölçülü bir almanın tərkibində 8,73 mq S vitamini olur ki, bu da gündəlik normanın təxminən 9 faizini təmin edir. Harvard Universitetinin “TH Chan” ictimai səhiyyə məktəbinin məlumatlarına görə, almanın həm də qabığı əlavə sellüloza və qoruyucu ürək antioksidantlarına malikdir.

Xəbər 3753 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +