Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


13.12.2019  22:21 

Türkiyə millisi Azərbaycanla yoldaşlıq oyunu keçirə bilər





A+  A-

Futbol üzrə Türkiyə millisi Azərbaycan yığması ilə qarşılaşa bilər.
XəzərNews.az xəbər verir ki, bunu "ay-ulduzlular"ın baş məşqçisi Şenol Günəş ölkəsinin mətbuatında verdiyi açıqlamada deyib.

O, açıqlamasında Bakıya səfərindən də söz açıb:

“Toplanış keçəcəyimiz məkanlara baxmaq, digər məsələlərlə əlaqədar Bakıya getmişdik. Böyük sevgi gördük. Bizi indidən bağırlarına basdılar. Toplanışla bağlı detalları və planlarımzı dəqiqləşdirmək üçün təkrar oraya gedəcəyik. Həm də orada mətbuat konfransı keçirməyi düşünürəm. Azərbaycan millisi ilə yoldaşlıq oyunu da keçirə bilərik. Təbii ki, evdə oynaycağımız duyğusunu bizə indidən yaşadırlar. Avropa çempionatının qarşılaşmalarında da möhtəşəm dəstək veriləcəyini bilirik. Bu baxımdan şanslıyıq”.

Qeyd edək ki, AÇ-2020-nin final mərhələsinin ilk oyununda gələn il iyunun 12-də Romada İtaliya ilə qarşılaşacaq Türkiyə yığması, növbəti iki görüşünü Bakıda – iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrəyə qarşı keçirəcək. Hər iki oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər 3304 dəfə oxunub.



04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +