Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


23.05.2019  17:06 

Supermarketlərdə düşünülmüş CİBGİRLİK





A+  A-

Bu gün istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə kifayət qədər müddəa yer alsa da, reallıqda bu müddəalar elə kağız üzərində qalır. Əksəriyyətimizin tez-tez rastlaşdığımız ənənəvi problemimiz vitrin qiymətlərilə kassa qiymətlərinin üst-üstə düşməməsidir. Adətən çox çeşiddə məhsul alanda o qədər də bunun fərqinə varmırıq. Amma 1-2 məhsul alanda qiymətlərdəki fərqlər dərhal nəzərə çarpır. Məsələn, vətəndaş aldığı məhsulun qiymətinin vitrində gördüyü qiymətdən baha olduğunu kassada öyrənir. Etiraz etdikdə isə mağaza rəsmiləri “yanlışlıq olub” deməklə, problemi həll olunmuş hesab edirlər. Əlbəttə, bu hal bir-iki dəfə olanda yanlışlıq sayıla bilər. Dəfələrlə baş verdikdə isə düşünülmüş cibgirlik olduğunun fərqinə varırsan...
XəzərNews.az-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, hər həftə 2-3 belə telefon şikayəti daxil olur:

“Satışda müasir texnologiyalar tətbiq olunduqca, istehlakçıların hüquqlarının pozulması halları da onunla paralel artır. İri sahibkarlar daha sivil, daha çevik yolla vətəndaşın cibinə girirlər. Satışların avtomatlaşdırılmış aparatlar vasitəsilə təşkilindən sonra şikayətlər alırıq. Adını da qoyurlar yanlışlıq. Bu “yanlışlıqlar”ın hamısı bilərəkdən edilir. Hələ olmayıb ki, vitrindəki qiymət kassadakı qiymətdən baha olsun. Məsələn, vitrində məhsulun qiyməti 3 manat 50 qəpikdirsə, kassada 3 manat 80 qəpik göstərilir. Bu, doğrudan da yanlışlıqdırsa, qoy bir dəfə də vətəndaşın xeyrinə olsun, niyə olmur?!”.

Hüquq müdafiəçisi bidirib ki, mağaza müştəridən kassadakı qiyməti tələb etsə belə, alıcının etiraz etmək, vitrində gördüyü qiyməti ödəmək hüququ var:

“Marketdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda ucuz olan qiymət keçərlidir. Belə olan halda, istehlakçı müdiriyyətə məlumat verməlidir. Bütün hallarda istehlakçı İqtisadiyyat Nazirliyinin “195-2” çağrı mərkəzini məlumatlandırmalıdır. Belə məsələlər istehlakçı hüquqlarının pozulması halı kimi şərh olunmalıdır”.

E.Hüseynov deyib ki, buna bənzər hal “Bakı Metropoliteni”ndə də yaşanır:

“Sərnişin gediş üçün kartını turniketə yaxınlaşdırıb və bu vaxt normal olaraq yaşıl işıq yanıb. Sərnişin keçid zamanı ləngiyib və dərhal aparatda qırmızı işıq yanıb. Əgər turniket gedişhaqqını çıxıbsa, niyə ani vaxtda bağlanmalıdır? Bunun özü də istehlakçı hüququnun pozulmasıdır. Texnologiya tətbiq olunduqca, elə oyunlar çıxarırlar ki, istehlakçının pulunu yeyirlər. Metrodakı məsələ də elə buna bənzərdir”.

Xəbər 2952 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +