Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


16.02.2018  14:06 

Daha bir ölkə Rusiyanı kiber hücumlarda İTTİHAM ETDİ





A+  A-

ABŞ-dan sonra Avstraliya höküməti də Rusiyanı“NotePetya” virusundan istifadə etməklə nəhəng haker hücumunda ittiham edib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazır.

Avstraliya kəşfiyyat orqanlarının hesabatları, ABŞ və Böyük Britaniya ilə məsləhətləşmələrdən sonra Avstraliya bu hücumların məsuliyyətinin Rusiya dövlət dəstəyi ilə fəaliyyət göstərən şəxslərə aid olduğunu hesab edir.

16 fevral 2018-ci ildə Avstraliya hüquq-mühafizə orqanları və kiber-mühafizə naziri Enqus Teylorun “The Australian”a şərhində qeyd olunur:

“Avstraliya Höküməti Rusiyanı Qlobal iqtisadiyyata, hökumət orqanlarının, biznesə və insanların fəaliyyətinə ciddi risk yaradacaq bu cür hərəkətlərə görə qınayır”.

2017-ci il iyunun 27-də məlumətlara girişə kilid qoyan və kilidin açılması üçün əlavə ödəniş tələb edən virusdan Avropa, Asiya və Amerika hökumət orqanlarına milyonlarla dollar dəyərində zərər dəyib.

Qeyd edək ki,“NotePetya” virusu əvvəl Rusiya, sonra Ukraniyada yayılıb. Və buradan digər ölkələrə yayılmağa davam edib.

Qeyd edək ki, 15 fevral ABŞ hökumətinin Britaniyanın ardınca Rusiyanı ittiham etməsinə Rusiyadan cavab özünü çox gözlətmədi. Həmin gün Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov Rusiya hökümətinin əsassız surətdə irəli sürülən bu cür ittihamları rədd etdiyini bildirib.

Xəbər 3073 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +