Yanukoviç indi niyə üzə çıxıb? - ŞƏRH
Donald Tramp “həyəcanlı“ açıqlama verəcək
“Azərkosmos“ 32,25 milyon manat zərər edib
Finlandiyada öldürülən azərbaycanlı iki uşaq anası olub
Cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub
Ramazan Kadırov yeriyə bilmir
Sabahın hava proqnozu açıqlandı
10 aylıq körpəyə soda verdilər, öldü
Turizm Agentliyi niyə özünü gülüş obyektinə çevirir?
Sudanda torpaq sürüşməsi: 1000-dən çox adam ölüb


02.02.2018  14:05 

“Elton Məmmədov 200 min dolları xaricə aparmağa xeyir-dua verdi”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi başlayıb.
XəzərNews.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə R.Heybətov ifadə verərək deyib ki, Türkiyədən tütün məmulatları gətirmək üçün Elnur Məmmədovla birgə biznes qurublar: “Onun atası, ağsaqqal Elton müəllimlə də görüşdüm, suallarına cavab verdim. Dedi ki, pul batsa, necə olacaq? Dedim mənlikdir. O da xeyir dua verdi. Elnur mənə 200 min dollar verdi, Türkiyədə qəzaya düşdüm. Mən əminən ki, mənim maşınımı vurub pulu aparıblar. Kimlər idisə, məndə pulun olduğunu bilən adamlar idi. Mən dələduz deyiləm, 144 min dollar qaytarmışma, qalanını da qaytaracağam. Özümün və oğlumun evini satdım, Elton Məmmədovun yanında Elnura 50 min verdim. Mənim Rusiyada pulum qalıb, Elton müəllimə dedim icazə verin Rusiyaya gedim, dedi yox qaçacaqsan”.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 200 min dollar pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.
E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Xəbər 3004 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı

02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib

01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi


BÜTÜN XƏBƏRLƏR +