ABŞ Senatında Trampdan narazılıq artır - The Hill
Hərbçimiz qəzada həlak olub
Maaşımızdan 14% vergi tutulacaq... - Pensiya yığımları azalacaq
Azərbaycanlılar Türkiyədə yol qəzasına düşüb
Müşviqin adından dələduzluq edildi
“Green Card” müraciəti pullu oldu
Uğur istinadımız: Təşəkkürlər, “Qarabağ“!
Nazirin sabiq müavininin əmlakı müsadirə edildi
Alim Qasımov bəzi jurnalistlərdən gileylənib
“Bakı Kart“ın rəhbəri dəyişdi


06.07.2018  13:57 

Temperatur aşağı düşəcək - Leysan yağacaq





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti havalarla bağlı növbəti xəbərdarlıq yayıb.
XəzərNews.az xəbər verir ki, açıqlamada bildirilir ki, iyulun 07-dən 08-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 07-dən 08-i axşamadək qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi, ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti yağmursuz keçəcək. Arabir güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 759 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin güclənməsi yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar çimərliklərə üz tutmağınızı məsləhət görmürük.

Azərbaycanın rayonlarında isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyulun 07-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi ilə əlaqədar temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Xəbər 2895 dəfə oxunub.




17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub

17.09.2025  15:35 

Bakıda uşaq bağçada yaralandı

17.09.2025  15:33 

Futbolçu oyun zamanı öldü

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı


BÜTÜN XƏBƏRLƏR +