İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


26.09.2025  22:50 

Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi





A+  A-

Azərbaycanlı biznesmen Adnan Əhmədzadənin həbsindən sonrası onun Dubayda qeydiyyatdan keçmiş Oilmar Shipping and Chartering DMCC şirkətinin bütün səhmləri şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən satın alınıb.

XəzərNews.az xəbər verir ki, məlumatı Haqqın.az yayıb.

Şirkət 2015-ci ildə yaradılıb və gəmi yanacağı ilə neft məhsullarının satışı üzrə ixtisaslaşıb. Oilmar dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərir və 2022-ci ildə 1 milyard dollardan çox gəlir əldə edib.

Yusif Məmmədov bildirib ki, səhmlərin alınması prosesi artıq başlayıb və yaxın günlərdə başa çatacaq. Onun sözlərinə görə, bu addım şirkətin fəaliyyətinin davamlılığını təmin etmək və istintaq dövründə mümkün risklərdən qorunmaq məqsədi daşıyır.

Məmmədov səhmdarları əmin edib ki, şirkətin gündəlik işi və xidmətlərinin keyfiyyəti dəyişməyəcək.



Xəbər 2741 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +