ABŞ İrana sanksiyalar tətbiq edir?
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ
Prezident “Qarabağ“ı təbrik edib -FOTO
“Qarabağ” qalib gəldi: 2:0
İlham Əliyev Danimarkaya işgüzar səfər edib
Saxta orden və medal təsis edənlər saxlanıldı
Adnan Əhmədzadənin mülkləri - Siyahı/Milyonluq evlər, maşınlar...
Məktəbli avtobusu: 240-250+ manat ödəməlisiniz - Ekspert
Filippində zəlzələ: 69 ölü, 200-dən çox yaralı var
Prezident və birinci xanım yeni parkın açılışında... - FOTO


25.07.2017  12:43 

Bakıda qanunsuz ağac kəsən şəxslər həbs edilib





A+  A-

Bakı şəhərində 10 ədəd ağac kəsən iki nəfər həbs edilib.
Baş Prokurorlqudan XəzərNews.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində bir qrup şəxs tərəfindən 10 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 6.600 manat məbləğində ziyan vurulması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakinləri Bağırov İlyas İnşallah oğlu və Behbudov Fuad Natiq oğlunun şəhərin Xətai rayonu ərazisində çoxmənzilli binanın yaxınlığında yerləşən 2,5 sot torpaq sahəsində üzərində hər hansı hüquqları olmadan fərdi yaşayış evi tikərək orada olan 10 ədəd ağacı xeyli miqdarda ziyan vurmaqla qanunsuz kəsmələrində dair əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

İ.Bağırov və F.Behbudov Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma ) və 259.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 3178 dəfə oxunub.



01.10.2025  21:15 

“Qarabağ” qalib gəldi: 2:0

01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO


BÜTÜN XƏBƏRLƏR +