UEFA açıqladı - Siyahıda “Qarabağ” da var
Polşada Ukrayna hərbçiləri üçün ən böyük təlim mərkəzi açıldı
İstilər yenidən qayıdır - Şənbə gününün havası
Məmurun evindən 340 min pulu oğlunun sevgilisi oğurlayıb
Milyarder İbrahim Süleymanov Rusiyada həbs olundu
Mirzoyan: Fundamental prinsiplər razılaşdırılıb
Paşinyan Azərbaycanla kommunikasiyadan danışdı
Kreml müharibəni necə yekunlaşdıracaq? - Şərh
Ukrayna bu ölkə ilə münasibətləri kəsdi
Milyarder Britaniyanın baş nazirini tənqid etdi


13.03.2017  16:58 

“Sürücü bir anlıq maqnitofona baxıb…” - Yaralanan Əfsər danışır





A+  A-

““Ford”un sürücüsü Namiq dayı deyib-gülən biri olduğu üçün həmişə tələbələr onunla getmək istəyirdi. Nə bilərdik, başımıza belə bir hadisə gələcək”.
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya martın 9-da Bakı-Sumqayıt yolunda baş vermiş qəzada yaralanan Əfsər Cəbiyev deyib. İqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi olan Əfsər həmin günü belə xatırlayır:

“Mənim dərsim günorta başlayır. Həmin gün sərbəst işlərimi yazmaq üçün tezdən kitabxanaya gedirdim. İkinci kursam və 1 ildən çoxdur ki, həmin “Ford”un sürücüsü Namiq dayı ilə gedib gəlirəm. Namiq dayı 14 ildir ki, Bakıdan SDU-ya tələbə aparır. Digər sürücülər də nəsə səhvləri olanda birinci onun üstünə gəlirdi. Hətta sürətli sürənləri də həmişə qınayırdı ki, tələbə daşıdıqları üçün ehtiyatlı olmalıdırlar.

Qısacası, ünsiyyətcil insan olduğu üçün tələbələrin hörmətini qazanmışdı, çox vaxt onunla getmək istəyirdik. “Ford” çox vaxt dolu olur, bir neçə nəfər də ayaqüstə dururdu. Həmişə 8-ə 15 dəqiqə qalmış çıxırdılar, bu dəfə isə 8 tamamda çıxdıq. Həm də əvvəlki günlərə nisbətən daha çox tələbə minmişdi. Polis rəislərinin işə çıxdığı vaxt olduğundan çox da gözə görünməmək üçün bu dəfə həmişəkindən sürətli gedirdik. Mən həmin anı xatırlamıram, ancaq bizimlə mikroavtobusda olan bir uşaq sürücünün bir anlıq maqnitofona baxdığını və ondan sonra mişar daşlarına dəydiyini deyir. Ondan sonrasını da bilirsiz”.

Əfsər Cəbiyev sabah xəstəxanadan evə buraxılacaq. Baş ağrıları hələ olsa da, sakitlik üçün müalicəsini ev şəraitində davam etdirəcək. Tələbə hazırda onunla birlikdə müalicə alan Aydan və Aytənin vəziyyətinin ağır olduğunu, Aydanın gəzə bilmədiyini deyib:

“Xəstəxana bir az səs-küylüdür. Mənə isə sakitlik lazımdır. Həm universitet heyəti, həm də həkimlər bizə qarşı çox diqqətli oldu. Ümid edirəm, bir də belə hadisə yaşanmaz”.

Xəbər 3808 dəfə oxunub.




03.10.2025  11:06 

Azərbaycan nefti ucuzlaşdı

03.10.2025  10:29 

Zavodda güclü partlayış -VİDEO

03.10.2025  10:19 

Krımda yanacaq qıtlığı yaranıb

02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR


BÜTÜN XƏBƏRLƏR +