ABŞ İrana sanksiyalar tətbiq edir?
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ
Prezident “Qarabağ“ı təbrik edib -FOTO
“Qarabağ” qalib gəldi: 2:0
İlham Əliyev Danimarkaya işgüzar səfər edib
Saxta orden və medal təsis edənlər saxlanıldı
Adnan Əhmədzadənin mülkləri - Siyahı/Milyonluq evlər, maşınlar...
Məktəbli avtobusu: 240-250+ manat ödəməlisiniz - Ekspert
Filippində zəlzələ: 69 ölü, 200-dən çox yaralı var
Prezident və birinci xanım yeni parkın açılışında... - FOTO


29.03.2024  23:07 

Paşinyan keçmiş separatçı rejimin ofislərini bağlamağa hazırlaşır





A+  A-

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş separatçı rejimin İrəvandakı ofislərini bağlamağa hazırlaşır.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Paşinyan administrasiyası ilə separatçılar arasındakı ziddiyyətlər yaxın gələcəkdə daha da güclənə bilər. Mənbə istisna etmir ki, proses separatçıların başçılarının həbsi ilə nəticələnəcək.

Nəşr Paşinyanın “mühacir hökumət” iddiasında olan separatçı Samvel Şahramanyana xəbərdarlıq etdiyini bildirir:

“Baş nazir Nikol Paşinyan dünən kabinetin iclasında qəzəbli bəyanat verdi, açıq şəkildə Samvel Şahramanyana qarşı çıxdı.

Paşinyan ad çəkmədən Şahramanyanı bu sözlərlə tənqid etdi: “Açıq deyirəm, hamıya aydın olsun ki, Ermənistanda bir hökumət var, o hökumət də bu zalda hökumət oturub”.

Baş nazirin sözlərinə görə, Şahramanyan və digər separatçıların keçmiş qondarma qurumla bağlı “mühacir hökumət” sayıqlaması Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradır.

“Past” iddia edir ki, Paşinyan hüquq-mühafizə orqanlarına dərhal bu cür halların qarşısını almağı tapşırıb. Səbəb Şahramanyanın Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Qarabağla bağlı “mühacir dövlət və hökumət” iddiasını dilə gətirməsidir.

Məqalədə qeyd olunur ki, Paşinyanın bəyanatından dərhal sonra həm Şahramanyan, həm də digər separatçılara qarşı rəsmi kampaniya başlayıb. Nəşr yazır ki, Ermənistan rəhbərliyinin hədəfi keçmiş separatçı rejimin İrəvandakı fəaliyyətinə birdəfəlik son qoymaq, ofislərini bağlamaqdır.//Teleqraf.com

Xəbər 5103 dəfə oxunub.




01.10.2025  21:15 

“Qarabağ” qalib gəldi: 2:0

01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO


BÜTÜN XƏBƏRLƏR +