Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


05.10.2023  16:34 

“Səməndər” İB üzvlərinin iştirakı ilə hazırlanan kitablar işıq üzü görüb





A+  A-

“STA kitabxanası” seriyasından tarix elmlər doktoru Mais Əmrahovun “Ataların qəhrəmanlıq yolu nəsillərə örnəkdir”, tarix elmlər doktoru Tofiq Mustazadənin “10 noyabr bəyanatı: Cənubi Qafqazda yeni geosiyasi fiqurasiyaya doğru”, tarix elmlər doktoru Mehman Süleymanovun “Şuşa sən azadsan!” və “Vətən müharibəsi tarixi zəfər” kitabları nəşr olunub.

Xəzərnews.az xəbər verir ki, kitablar tarix elmləri doktoru, AMEA Bakıxanov adına Tarix İnstitutunun direktoru, professor Kərim Şükürovun ümumi elmi redaktəsi ilə dərc olunub.

Azərbaycanın müstəqillik tarixinə şərəfli bir səhifə açan 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərə həsr edilmiş kitablarda bu böyük Zəfərin qazanılması üçün Azərbaycan dövlətinin, xalqının və ordusunun qarşılaşdığı sınaqlar, Azərbaycan ərazilərinin işğalının əbədiləşdirilməsi üçün Ermənistanın və onun havadarlarının apardığı siyasət, Azərbaycana qarşı davam edən hərbi-siyasi təxribatlar geniş işıqlandırılır. Başlıca diqqət 30 ilə yaxın işğal altında olan, bütün infrastrukturu dağılan, ekologiyası məhv edilən Azərbaycan ərazilərinin azad edilməsi üçün Azərbaycan xalqının, ordusunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinə və 44 gün ərzində aparılan mübarizə nəticəsində işğalçılığa son qoymasına yetirilir. Böyük Zəfərin əldə edilməsində Prezident İlham Əliyevin Ali Baş Komandan kimi səmərəli fəaliyyətindən, Vətən müharibəsinin gedişində dünya hərb təcrübəsinə gətirilən və hazırda dünyanın qabaqcıl beyin mərkəzləri tərəfindən də öyrənilən yeniliklərdən də geniş şəkildə söz açılır.

Azərbaycan Orudusunun keçdiyi döyüş yolu xronoloji ardıcıllıqla öz əksini tapır. Şuşanın qəhrəmanlıq tarixi, şəhərin əsasının qoyulduğu vaxtdan bu şəhər üzərinə edilmiş bütün hücumlar və onların nəticələri, həmin hücumlar qarşısında qalanın uğurla müdafiə olunması haqda müxtəsər məlumat təqdim edilir.

Təcavuzkar Ermənistanın təslim aktı olan 10 noyabr 2020-ci il tarixli üçrtərəfli bəyantından, onun qlobal və regional geosiyasi arxitekturaya göstərdiyi təsirdən bəhs edilir, erməni işğalçılarıın məğlubiyyətə gətirən səbəblər araşdırılır.

AMEA Tarix İnstitutunda müəlliflərlə keçirilən görüşdə çıxış edən institutun direktoru Kərim Şükürov layihənin əhəmiyyətindən bəhs edib, bu nəşrlərin Vətən savaşında qazanılan Şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulayıb.

Kitablar mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“STA kitabxanası” seriyasında dərc olunan kitablar KİV-lər, QHT-lər, ali təhsil müəssisələri və kitabxanalara pulsuz yayılacaq.

“Səməndər” Araşdırmalar və İnformasiya Mərkəzi İctimai Birliyinin kitabların hazırlanmasında, gərəkli materialların toplanmasında iştirak etmiş, kitabların elmi redaktəsi İctimai Birliyin üzvləri tərəfindən həyata keçirilmişdir.




Xəbər 2265 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +