Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


22.12.2021  14:44 

Hava ilə bağlı ikinci XƏBƏRDARLIQ





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi barədə növbəti dəfə xəbərdarlıq yayıb.

XəzərNews.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında qısamüddətli fasilədən sonra havanın dekabrın 25-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin 15-18 m/s, dekabrın 23-də arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 25-dək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Xəbər 3069 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +