Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


12.10.2021  16:59 

Seyid Ocaqları bəyanat yayıb





A+  A-

Azərbaycanın Seyid Ocaqları bəyanat yayıb.

XəzərNews xəbər verir ki, bəyanatda deyilir:

“Uca Allahın adı ilə!

Əsrlərdir ki, xalqımızın ehtiram bəslədiyi şəcərəli Əhli-Beyt mənsubları olan Azərbaycanın müqəddəs Seyid Ocaqları olaraq bəyan edirik:

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qalib Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsi zəfərlə nəticələndi.

Azərbaycan Ordusunun imana silah kimi sarılan qəhrəman zabit və əsgərləri bu haqlı savaşımızda öz canları və qanları hesabına tarix yazaraq şəhid və qazi oldular. Müharibə dönəmində qardaş və dost ölkələr Azərbaycana siyasi və mənəvi dəstək verdiyi halda qonşu və müsəlman ölkəsi olan İranın tutduğu yanlış mövqe Azərbaycanın Əhli-Beyt təmsilçiləri tərəfindən hiddətlə qarşılandı. Seyid Ocaqları olaraq təəssüf edirik ki, tarixi zəfərdən sonra da rəsmi İranın və bu ölkədəki din adından çıxış edən müxtəlif mərkəz və şəxslərin müsəlman ölkəsi olan Azərbaycana qarşı davranışları və çıxışları davam edir. Həmçinin İran hökumətinin və oradakı müxtəlif dairələrin işğalçı Ermənistana və Qarabağdakı separatçılara dəstəyini görməkdəyik.

İslam dünyasında özünü Əhli-Beyt himayəçisi kimi göstərən İranın həqiqi Əhli-Beyt yurdu olan Azərbaycana deyil, vaxtı ilə işğal altındakı torpaqlarımızda mövcud olan məscidlərimizdə donuz bəsləyən və xalqın and yeri sayılan Seyidlərin ziyarətgahlarını təhqir edən təcavüzkar Ermənistana 30 il ərzində dəstək verməsi Allahın hökmlərinə zidd əməldir. Belə ki, Uca Yaradan müqəddəs kitabımız Qurani-Kərimin Mümtəhinə surəsinin 1-ci ayəsində buyurur: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz...”

İranın Allah evlərini təhqir etmiş Ermənistana bu cür münasibəti həm də Azərbaycandakı Peyğəmbər (s) və Əhli-Beyt sevərlərinə qarşı təhqir və hörmətsizlikdir. Biz illərdir ki, İranın və oradakı təxribatçı mərkəzlərin Azərbaycana qarşı haqsız mövqeyinin dəyişəcəyinə ümid etsək də, lakin bunun əksini gördük.

Azərbaycan Əhli-Beyt təmsilçiləri olaraq son günlər İranın və oradakı təxribatçı mərkəzlərin ölkəmizə qarşı davamlı səsləndirdiyi əsassız və sübutsuz iddiaları hiddət və qəzəblə rədd edirik. Xalqın ehtiram və sevgi bəslədiyi Azərbaycan Seyid Ocaqları olaraq bəyan edirik ki, dünyəvi ölkə olan Azərbaycanda milli və mənəvi dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövlətdir. Ölkəmizdə Peyğəmbər (s) və Əhli-Beyt irsinin yaşadılmasının və mühafizə olunmasının əsl təminatçısı isə Qarabağın Fatehi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özüdür. Bizlər üçün Azərbaycanın dövlət və milli maraqlarını müdafiə etmək iman məsələsidir!

Azərbaycan Əhli-Beyt mənsubları olaraq, müsəlman ölkəsi olan İrandan qətiyyətlə tələb edirik ki, təcavüzkar Ermənistana verdiyi bütün dəstəyi mütləq şəkildə dayandırsın və Azərbaycanla qonşuluq münasibətlərinə zərər vuran addımlardan dərhal geri çəkilsin.

Unutmasınlar ki, müsəlman qardaşına qarşı edilən haqsızlıq Allah tərəfindən cavabsız qalmayacaqdır!".

Qeyd edək ki, bəyanatı təşkilatın adından Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli imzalayıb.

Xəbər 4204 dəfə oxunub.



05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +