Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır
Xalq artisti reanimasiyaya yerləşdirildi
İranın Ermənistan sevdası: Uğursuz layihələrin davamı
Tanınmış məktəbin direktoru işdən çıxarıldı
Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...


27.07.2020  17:42 

24 kiloqramlıq narkotik əməliyyatı





A+  A-

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı, həmçinin narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib.
XəzərNews.az xəbər verir ki, keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Nəsimi rayon sakini, əvvəllər məhkum olunmuş Əhməd Ələkbərov saxlanılıb. Onun Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən evindən 4 kiloqram 25 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının Xəzər rayonu ərazisində keçirdikləri növbəti tədbir zamanı isə paytaxt sakini Hikmət Hüseynov saxlanılıb. Onun Şüvəlan qəsəbəsində yerləşən evinin həyətindən xüsusi qulluq edilərək yetişdirilən 31 ədəd çətənə bitkisi və 1 kiloqram 815 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Binəqədi rayonunda keçirilən daha bir əməliyyat zamanı paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Qasımov polislər tərəfindən tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqram 70 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Abşeron rayonu ərazisində keçirilən daha bir tədbir zamanı paytaxt sakinləri Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar. Ramin Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman 5 qrama yaxın, onun idarə etdiyi avtomobildən isə 10 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Onun avtomobilində sərnişin kimi olan adları sadalanan digər şəxslərdən də narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Ələkbərovun Bakıxanov qəsəbəsində yerləşən evindən əlavə 495 qram psixotrop maddə metamfetamin və 501 qram heroin aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Telman Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 kiloqram 210 qram heroin, 2 kiloqram 20 qram tiryək və 11 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

Sonuncu əməliyyatlar nəticəsində 24 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 3163 dəfə oxunub.



08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +