Polşa Azərbaycan U-19 millisi məğlub etdi
ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü
İçkili halda uşaq doğan ana onu pəncərədən küçəyə atdı
Xəstənin 40 minini alıb, tort kəsib lağa qoydular
Evlərdən oğurluq edən şəxslər saxlanıldı
Sumqayıt-Bakı istiqamətində yol 1 saat bağlı olub
Sərnişinlər 17 nömrəli avtobusdan pulsuz istifadə etdilər
Etirazçılar prezidentin iqamətgahını yandırdılar


27.06.2018  14:05 

“Təranə məni ölümlə hədələyir” – Nazənin





A+  A-

Təranə Qumralla Nazənin arasında məhkəmə çəkişməsi kritik həddə çatıb. Məhkəmə qətnaməsini icra etməməkdə israrlı olan Təranə qarşı tərəfi ölümlə hədələyərək aradan götürdəcəyini bildirib.
XəzərNews.az yenicag.az-a istinadən məlumat verir ki, açıqlama verən Nazənin həyatının təhlükə altında olduğunu və buna görə də hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirib:

"Məhkəmə qətnaməsini icra etməyən Təranə İbrahimova barəsində cinayət işi başlasa da, o qərəzli olaraq, Bakı Appelyasiya Məhkəməsinin iki qərarını icra etməyib. Bu ilin mayında Nərimanov rayon Məhkəməsində məhkəmə prosesi başlayıb, məhkəmənin humanistliyindən istifadə edən T.İbrahimova proseslərdə açıq-aşkar qərarı icra etməyəcəyini bildirib. Hesab edirəm ki, bu məsələyə məhkəmə tərəfindən çox ciddi hüquqi qiymət verilməlidir. Çünki məhkəmə qərarı dövlət adından çıxarılır və bu qərarı icra etmək hər bir şəxsin borcudur. Məhkəmə hüquq şurasının sədri cənab Fikrət Məmmədovdan xahiş edirəm ki, bu məsələni nəzarətə götürsün. T.İbrahimova cəzalandırılmadığı üçün, mənə təzyiqlər göstərməyə başlayıb, məni şantaj edir. Mobil telefonuma zənglər gəlir, məni ölümlə hədələyir, işin geri götürülməsini tələb edir. Məni aradan götürmək üçün arxamca adam saldırıb. Avtomobilim tanımadığım şəxslər tərəfindən izlənilir. Təranə İbrahimova yaxınlarıma bildirib ki, yuxarı dairədən olan adamlarının köməyi ilə məsələ həllini tapıb, ona həbs istisna olmaqla digər cəza veriləcək”.

Xatırladaq ki, Təranə Qumral məhkəmə qərarını icra etməyəcəyini, zərərçəkmiş şəxs Nazənindən üzr istəməyəcəyini və təkzib verməyəcəyini bildirib.

Xəbər 3038 dəfə oxunub.




08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb


BÜTÜN XƏBƏRLƏR +