Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


01.12.2017  14:06 

Teleradio Şurası Röyanın müraciətini heçə saydı





A+  A-

Əməkdar artist Röya Ayxanın sosial şəbəkədə paylaşdığı müraciət videosu geniş müzakirələrə səbəb olub.
Röya Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət etməklə yanaşı, radio işçilərini sərt şəkildə tənqid edib.

“Biabırçılıqdı. Maşındayam, 5 radio çevirmişəm, hamısında türk mahnıları oxunur. Adam sizin üçün mahnı oxuyub, vermək istəmirlər. Siz özünüz özünüzü tanımırsınız, başqaları sizi necə tanıyacaq. Qınından çıxıb qınını bəyənməyənlər, sizə uğurlar olsun. Radioalara aiddir”.

XəzərNews.az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov məsələ ilə bağlı Modern.az-a deyib ki, Azərbaycan musiqilərinə yer verən kifayət qədər yerli radio var:
“Respublika və İctimai radiolarda ,106.3 FM, “Xəzər” FM-də milli musiqilərə üstünlük verilir. Həm də hər kəsin musiqi zövqü fərqlidir. Bu radiolara da aiddir. Musiqinin dini, dili, sərhəddi yoxdur. Hər kəs öz radiosunda istədiyi musiqini səsləndirməkdə sərbəstdir. Bunun üçün kiməsə göstəriş vermək də doğru olmaz”.

T.Dadaşov təmsil etdiyi qurumun yalnız tövsiyə verə biləcəyini vurğulayıb:

“Biz yalnız tövsiyə edə bilərik ki, milli, bəstəkar, xalq mahnılarına daha çox üstünlük verilsin. Xarici ölkədir, xarici müğənnidir, bunun musiqisini səsləndirməyin demək düzgün deyil. Amma əlbəttə ki, bizə qarşı düşmənçilik edən dövlətin, xalqın musiqisini təbliğ etmək olmaz. Artıq bu, milli heysiyyat məsələsidir. Vaxtilə bununla bağlı radiolardan birinə ciddi iradımız olmuşdu. Artıq o radio yayımlanmır”.

Xəbər 3535 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +