Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


10.04.2017  19:39 

Qazaxda narkoşəbəkə zərərsizləşdirildi - VİDEO





A+  A-

Qazaxda narkotik vasitələrin alqı-satqısı və dövriyyəsi ilə bağlı 4 nəfər saxlanılıb.
XəzərNews.az APA TV-yə istinadən xəbər verir ki, polis əməkdaşlarının rayon sakini Azər Rzayev ətrafında keçirdiyi əməliyyat təbbirləri nəticəsində onun üzərindən 1 qrama yaxın heroin aşkarlayıblar. Məlum olub ki, o narkotik maddəni bir gün əvvəl həmkəndlisi Orxan İsamyılovdan alıb.

O. İsmayılov şübhəli şəxs kimi saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı dəyəri 1600 manat olan 19 qrama yaxın heroin aşkarlanaraq götürülüb. İstintaq əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, Orxan İsmayılov həmin narkotik maddəni Bakı şəhərində qeydiyyatda olan, hazırda Qazaxda yaşayan Ruslan Yusibovdan alıb. Keçirilən əməliyyat tədbirləri zamanı Yusibov Ruslan Asif oğlu saxlanılıb, onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Ruslan Yusibov ifadəsində göstərib ki, həmin narkotik vasitəni Bakı şəhərində əldə edərək Qazaxa gətirib. Sonradan müəyyən edilib ki, həmin narkotik vasitəni o Ağköynək kənd sakini Emilov Amil ilə birgə qazanc əldə etmək üçün əldə edib: "Hazırda cinayət işi üzrə 4 nəfər şəxs təqsirləndirilən şəxs qismində saxlanıb. Onların barəsində həbs-qətimkan tədbirləri seçilib".

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbər 3268 dəfə oxunub.





04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +