Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


29.07.2025  15:36 

Qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ





A+  A-

Buzovna qəsəbəsində yerləşən "The Farm" adı altında fəaliyyət göstərən obyektin ərazisində qanunsuz şəkildə 9 baş xallı maral və makaka növünə aid 1 baş meymunun saxlanıldığı müəyyən edilib.

XəzərNews.az xəbər verir ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən, atçılıq mərkəzi və restoran kimi fəaliyyət göstərən iaşə obyektində təcili araşdırma tədbirləri həyata keçirilib.

Keçirilən yoxlama zamanı “The Farm” adı altında fəaliyyət göstərən obyektin ərazisində qanunsuz şəkildə 9 baş xallı maral və makaka növünə aid 1 baş meymunun saxlanıldığı müəyyən edilib.

Heyvanlar IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülərək ilkin olaraq klinik şəraitdə tibbi müayinədən keçirilib. Daha sonra onların sağlam və təhlükəsiz şəraitdə yaşamasını təmin etmək məqsədilə Bakı Zooloji Parkına təhvil verilməsi təmin olunub.




Xəbər 606 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +