Ermənilərin Azərbaycana qayıtması qeyri-realdır - Paşinyan
Voronejdə bazar sahibi olan Yusif Xəlilov həbs edilib
Paytaxtın mərkəzi küçəsində işıqfor işləmir
Bu, artıq səhv deyil, belə zərbələr... - Ukraynadakı azərbaycanlı
“TamStore” çəkidə və qiymətdə müştəriləri aldadır
Etimad İsmayılovun qatili azadlıqda?
Sabahın hava proqnozu açıqlanıb
Sərxoş avtobus sürücüsü həbs edildi
Perinatal Mərkəzdə körpələrin ölümünə səbəb oradakı sıxlıq olub?
Xarkovda matəm elan edildi


23.09.2020  16:08 

“Koronavirusla bağlı vaksinasiya könüllü olacaq” - Ramin Bayramlı





A+  A-

“Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq”.
XəzərNews.az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, vaksinasiya ilə bağlı risk qrupları müəyyən edilib:

“Risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı olan və digər xəstəliyi olan şəxslər daxildir”.

R.Bayramlının sözlərinə görə, vaksinasiya prosesi könüllü olacaq:

“Yanaşı xəstəlikləri olanlar və 65 yaşdan yuxarı olanlar risk qruplarıdır. Bizim ümumi yanaşmamız belədir ki, aşağı yaşlarda, o cümlədən reproduktiv yaşda olanlara vaksin vurulmasın. Bununla bağlı hazırlanan strategiyanın detalları və istehsalçının tövsiyələrini birləşdirilərək əhalimiz məlumatlandırılacaq”.

R.Bayramlı bildirib ki, Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb.

Onun sözlərinə görə, “Gavi” tərəfindən 1 doza vaksinin orta qiyməti 1,60 ABŞ dollar proqnozlaşdırılır. Hər şey daxil olmaqla, 1 doza üçün cəmi məbləğ 10,55 ABŞ dolları hesablanır. Azərbaycanın 10 milyon 112 min əhalisinin 10 fiaz hissəsinə görə 2 dozalıq vaksinin sifarişi üçün yekun ödəniş məbləği 21 milyon 336 min 320 ABŞ dollarıdır:

"Öhdəlikli satınlama variantında ilkin ödəniş daha azdır. 2 milyon 22 min 400 doza vaksinin hər dozası 1,60 dollar olmaqla, 3 milyon 235 min 840 dollar təşkil edir. Hər şey daxil isə 2 milyon 22 min 400 doza vaksinin hər dozası 8,95 dollar olmaqla, 18 milyon 325 min 480 dollar təşkil edir. Müqavilənin şərtlərinə görə, hökumət və Mərkəzi Bank tərəfindən maliyyə təminatı verilir".

Xəbər 3725 dəfə oxunub.




18.08.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

18.08.2025  12:47 

“Rabitəbank” cərimələndi

18.08.2025  12:08 

“İrşad” cərimələnə bilər

18.08.2025  11:49 

Xarkovda matəm elan edildi

18.08.2025  11:27 

Generalın oğluna vəzifə verildi

18.08.2025  11:08 

Bu rayonda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +