Ermənilərin Azərbaycana qayıtması qeyri-realdır - Paşinyan
Voronejdə bazar sahibi olan Yusif Xəlilov həbs edilib
Paytaxtın mərkəzi küçəsində işıqfor işləmir
Bu, artıq səhv deyil, belə zərbələr... - Ukraynadakı azərbaycanlı
“TamStore” çəkidə və qiymətdə müştəriləri aldadır
Etimad İsmayılovun qatili azadlıqda?
Sabahın hava proqnozu açıqlanıb
Sərxoş avtobus sürücüsü həbs edildi
Perinatal Mərkəzdə körpələrin ölümünə səbəb oradakı sıxlıq olub?
Xarkovda matəm elan edildi


02.09.2020  11:43 

Qardaş bacısını su kanalına ataraq öldürdü





A+  A-

Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran raon prokurorluğundan XəzərNews.az-a verilən möəlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla hadisənin zərərçəkmişin qardaşı 1990-cı il təvəllüdlü Elşən Abdulov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atılması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 3267 dəfə oxunub.



18.08.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

18.08.2025  12:47 

“Rabitəbank” cərimələndi

18.08.2025  12:08 

“İrşad” cərimələnə bilər

18.08.2025  11:49 

Xarkovda matəm elan edildi

18.08.2025  11:27 

Generalın oğluna vəzifə verildi

18.08.2025  11:08 

Bu rayonda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +