Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


27.12.2019  18:06 

Daha 81 ev şəhid ailələri və müharibə əlillərinə verildi





A+  A-

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Masallı, Xaçmaz, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, İmişli, Zərdab, Tərtər, Saatlı, Sabirabad, Cəlilabad və digər rayonlarda yeni tikilmiş 81 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.
XəzərNews.az-a daxil olan məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində vətəndaş rifahının təminatı, həssas qruplardan olan vətəndaşlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılır. 2019-cu ildə 4,2 milyon insanı əhatə edən, onların rifahına ciddi dəstək olan islahatlar reallaşdırılmaqla, minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər, o cümlədən müharibə əlillərinə sosial müavinətlər və təqaüdlər orta hesabla 100 faiz artırılıb, şəhid ailələri üçün aylıq təqaüdlər 242 manatdan 300 manata çatdırılıb.

Dövlət başçısının şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramları ildən-ilə geniş vüsət alır. Həmin vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilib. 2019-cu ildə isə 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan 815-i artıq verilib. Qalan mənzil və fərdi evlərin də yaxın günlərdə verilməsi təmin ediləcəkdir. İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7471 mənzil və fərdi ev təqdim edilib.

Xəbər 3236 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +