Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


15.02.2018  14:17 

“Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq“





A+  A-

Bu gün Azərbaycan ən sabit, təhlükəsiz ölkələrdən biridir.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib.

O. Zalov bildirib ki, seçki günü seçicilərin iradəsini azad ifadə etmələri üçün DİN Tədbirlər Planı hazırlayaraq yerlərə göndərib:

“Həmin Tədbirlər Planına əsasən asayişin təmini üçün hazırlıqlara başlanıb. Seçki ilə bağlı səsvermə hüququna malik vətəndaşlar müəyyənləşdiriləcək, şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar. Bu gün insanların böyük əksəriyyəti böyük şəhərlərə miqrasiya edir, burada yaşayırlar. Maarifləndirmə işi elə aparılmalıdır ki, yaşadığı yer, yaxud qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınsın. Bu işlər qısa müddətdə başa çatacaq. Yığıncaq və toplantılar keçirilən yerlərdə ictimai təhlükəsizlik təmin olunacaq. Səsvermə və səsvermədən sonra razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq. Seçki bülletenləri məntəqələrə gətirilən zaman polis tərəfindən məntəqələr ciddi nəzarətə götürüləcək. Bülletenlərin DSK-lara və MSK-ya gətirilməsi zamanı da mühafizə təmin olunacaq”.

Xəbər 2861 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +