Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


11.08.2025  14:08 

Sovetdən qalma təcili yardım maşınları nə vaxt yenilənəcək?





A+  A-

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet istehsalı olan avtomobillər qismən qalmaqdadır".

XəzərNews.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda bu sahədə yenilənmə prosesi gedir və köhnə avtomobillərin mərhələli şəkildə yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır. Təkcə 2025-ci il ərzində 100-dən çox istismara yarasız avtomobil xidmətdən kənarlaşdırılaraq, yeniləri ilə əvəz edilib.

"Ümumiyyətlə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqi çərçivəsində təcili tibbi yardım sisteminin infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 2025-ci ilə qədər ölkə üzrə 400-ə yaxın yeni ambulans alınaraq istifadəyə verilib. Bu il ərzində isə əlavə olaraq 80 ədəd "Iveco" markalı təcili tibbi yardım avtomobili alınıb və onların paylanılması prosesinə başlanılıb. Təcili yardım xidmətinin bölgələrdə daha da yaxşılaşdırılması, operativliyin təmin edilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə tədbirlər davam etdirilir".


Xəbər 836 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +