Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


23.05.2024  11:28 

Blogerlərin, jurnalistlərin öz missiyası var - Elçin Mirzəbəyli





A+  A-

“Xaricdən azərbaycana gələn blogerlər, media nümayəndələrinin öz missiyası var. Onlar işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfərlər çərçivəsində əldə etdiyi məlumatları təbii ki, təmsil etdikləri ölkənin media resurslarında işıqlandırır, yaxud da özlərinin platformalarında bu haqda danışırlar. Bu indiki şəraitdə Azərbaycan ərazilərində Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı reallıqların ictimai rəyə çatdırılması üçün vacib komponentlərdən biridir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında Əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, ayrı-ayrı ölkələri təmsil edən resurslar məlumatları öz dillərində, öz auditoriyalarına, sosial qruplara uyğun şəkildə çatdırırlar:

“Bu sadəcə ümumi informatik məlumat deyil. Adətən statistik rəqəmlər heç nə demir, emosional təsir vasitələri olmur, amma bir dağıntı, yaxud da dağılmış, təhqir olunmuş bir məzarın görüntüsü üzərindən emosional fikirin çatdırılması daha effektiv nəticə yaradır. Bu səfərlərin məqsədi Azərbaycan mediası ilə əməkdaşlığın inkişaf etdirilməsindən ibarət deyil. Bu tamamilə fərqli bir platformadır”.

E.Mirzəbəyli vurğulayıb ki, əgər Azərbaycan mediası öz əlaqələrinin beynəlxalq müstəvidə inkişaf etdirmək istəyirsə, bununla bağlı müstəqil şəkildə addımlar ata bilər:

“Bunun Azərbaycanda kifayət qədər nümunələri var. Azərbaycan mediasında bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirən resurslar var. Əlavə olaraq Azərbaycanda kifayət qədər jurnalist təşkilatları var ki, onlar da beynəlxalq müstəvidə ortaq əməkdaşlıq platformalarının yaradılması ilə bağlı müvafiq addımlar ata bilərlər. Azərbaycana gələn səyyahların missiyası, yaxud blogerləri, jurnalistləri Azərbaycana gətirən, dəvət edən təşkilatçıların missiyası onlarla Azərbaycan mediasının əməkdaşlığını təmin etməkdən ibarət deyil. Bunlar fərqli platformalardır. Əgər media resurslarımız beynəlxalq əlaqələr qurmaq istəyirsə, bunun üçün vasitəçiyə ehtiyac yoxdur. Müstəqil şəkildə öz əlaqələrini qura bilərlər”.


Xəbər 12588 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +