XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


26.01.2024  14:13 

Bakıda Özbəkistanın Elm və Mədəniyyət Günləri keçirilir - Foto





A+  A-

Bakıda Özbəkistan respublikasının Elm və Mədəniyyət günləri keçirilir. Heydər Əliyev Mərkəzində “Özbəkistanın mədəni irsi dünya külliyyatında” kitabının təqdimatı da bu çərçivədə təşkil olunub.

Xəzərnwes.az xəbər verir ki, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda keçirilən Özbəkistanın Elm və Mədəniyyət Günləri ilə iki ölkə liderləri tərəfindən müəyyən edilmiş intensiv inkişaf ili açılır:

“Təkcə mədəni-humanitar sahədə deyil, siyasi, ticari-iqtisadi, investisiya, nəqliyyat və logistika sahələrində də intensiv inkişaf gözlənilir. Biz Azərbaycanda və Özbəkistanda tədbirlər keçirməyi planlaşdırırıq”.

Səfir məlumat verib ki, “Özbəkistanın mədəni irsi dünya külliyyatında” kitabının 60 cildi nəşr edilib: “Azərbaycanda Özbəkistanın mədəni irsinə həsr olunmuş daha bir cild nəşr ediləcək. Bu, Azərbaycan və Özbəkistan tədqiqatçılarının son 5-6 ildə gördüyü əziyyətli işin nəticəsidir”.

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda keçirilən Özbəkistanın Elm və Mədəniyyəti Günləri ölkələr arasında ikitərəfli əməkdaşlığın sürətlə möhkəmlənməsinə işarədir:

“Özbəkistan elmi nümayəndə heyəti təkcə ölkəmizdə olan nailiyyətləri bildirməyə gəlməyib, həm də biz elmin müxtəlif sahələrində, gələcək perspektivləri təsvir etmək istəyirik”.

Qeyd edilib ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq çərçivəsində gənc alim və tədqiqatçı kadrların hazırlanmasına diqqət yetirilməlidir.

Mədəni tədbir Özbəkistanın əfsanəvi “Yalla” qrupunun solisti və yaradıcısı, Xalq artisti Fərrux Zakirovun və Özbəkistanın digər estrada solostlərinin ifasında bu ölkənin milli musiqisini və mədəniyyətini əks etdirən konsert proqramı ilə davam edib.









Xəbər 2919 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +