“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


14.06.2022  11:40 

YAP-çı deputat da AZAL-ı tənqid etdi





A+  A-

“AZAL-ın Naxçıvana uçuş qiymətlərini artırması yolverilməzdir”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili AZAL-ın qiymət siyasətini tənqid edib:

“Naxçıvana avtomobillə digər ölkənin ərazisindən gedilir, amma bu yol kifayət qədər uzaqdır. Ona görə də Naxçıvana getmək üçün təyyarə ən rahat nəqliyyat vasitəsidir. Elə ailələr var ki, işlə bağlı Naxçıvandan tez-tez Bakıya gəlib-gedirlər. Bu mənada Naxçıvana xüsusi yanaşılmalıdır. AZAL digər gəlirlərinin hesabına Naxçıvandakı qiymətləri aşağı salmalıdır. Əgər yükdaşıma, digər gəlir mənbələri olmasa, sərnişin daşıyan şirkətlər rentabelli olmurlar. Bunun üçün də AZAL öz işinin maştabını qurmalı, daha çox yük daşımalara fikir verməlidir ki, gəlir əldə etsin. Bu mənada sərnişin daşınmada biletlər insanları məmnun edəcək səviyyədə olsun. Digər tərəfdən Füzulidə hava limanı var, daha sonra Zəngilanda olacaq və insanlar ora getmək üçün təyyarədən istifadə edəcəklər. Hesab edirəm ki, AZAL ümumən öz işinə yenidən baxmalı və qiymətləri yenidən nəzərdən keçirməldir. Ən çox da yük daşınması ilə bağlı qlobal bazarlara çıxmalıdır. Digər gəlir mənbələri ilə Naxçıvana olan biletləri kompensasiya etməlidir”.

Millət vəkili qeyd edib ki, AZAL-ın qiymət artımları ölkəyə turist axınını azaldır:

“AZAL beynəlxalaq bazarlara çıxmalı, yükdaşınma ilə gəlir əldə edərək sərnişin daşıma sektorunda qiymətləri aşağı salmalıdır. AZAL sərnişin daşımada qiymətləri artırmaqla turizmə də xeyli ziyan vurur. Bir sözlə, ölkəyə gəlmək istəyən turistlərin sayı azalır. Əgər qonşu ölkələrdə qiymətlər aşağıdırsa, deməli turistlər həmin ölkələrin hava limanlarından istifadə edərək o ölkələrə gedəcəklər. Azərbaycan getdikcə turizm ölkəsinə çevrilir. Bundan ötrü də təyyarə biletlərimizinin qiyməti müvafiq olmalı, qonşu ölkələrdəki səviyyəni keçməməlidir”.

Xəbər 3257 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +