“Görüş”də normativ tələblər pozulub
Yanukoviç indi niyə üzə çıxıb? - ŞƏRH
Donald Tramp “həyəcanlı“ açıqlama verəcək
“Azərkosmos“ 32,25 milyon manat zərər edib
Finlandiyada öldürülən azərbaycanlı iki uşaq anası olub
Cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub
Ramazan Kadırov yeriyə bilmir
Sabahın hava proqnozu açıqlandı
10 aylıq körpəyə soda verdilər, öldü
Turizm Agentliyi niyə özünü gülüş obyektinə çevirir?


18.03.2021  16:45 

Yol polisi sürücülərə müraciət etdi





A+  A-

Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin Novruz bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
XəzərNews.az-a daxil olan müraciətdə qeyd olunur ki, Novruz bayramı ilə əlaqədar 2021-ci il mart ayının 20-dən 29-dək qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli istirahət günlərində şəhər əhalisinin respublikanın müxtəlif regionlarına getmələri, rayonlardan isə kənd sakinlərinin paytaxta gəlmələri ilə bağlı bayram günlərində avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi yüksəlir: “Bununla yanaşı, bəzi sürücülərin tələskənliyi, mövcud hərəkət şəraitini və mövsümi hava şəraitini düzgün qiymətləndirmədən müəyyən edilmiş hərəkət sürətini aşmaları, ötmə və manevr etmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkənin şəhər və rayonlarından sərnişin daşımalarının dayandırılmasına baxmayaraq, bəzi fiziki və hüquqi şəxslərin, əsasən də Mercedes-Benz Viano və Vito markalı nəqliyyat vasitələri ilə bu fəaliyyətlə məşğul olması, həmçinin sürücülərin gün ərzində yuxu və istirahət rejiminə əməl etmədən yorğun formada uzun məsafəli yolu bir neçə dəfə gedib gəlməsi sonda ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına, xüsusilə sürücülərə yollarda diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu, dərman preparatlarının təsiri altında və ya sərxoş vəziyyətdə əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi, valideynlərə azyaşlı uşaqları küçələrdə nəzarətsiz qoymamağı tövsiyə edir.

Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisi əməkdaşları bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarəti gücləndirəcək”.

Xəbər 2889 dəfə oxunub.




02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı

02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib

01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi


BÜTÜN XƏBƏRLƏR +