Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


17.03.2021  12:23 

Ata Abdullayevin apellyasiya şikayəti üzrə qərar elan edilib





A+  A-

Tanınmış bloger, insanları şantaj etməklə hədə-qorxu ilə pul almaqda ittiham edilərək həbs edilən Ata Abdullayev apellyasiya şikayəti verib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, A.Abdullayev Səbail rayon məhkəməsinin həbs qətimkan seçilməsi qərarı ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Abdullayevin şikayəti təmin edilməyib. Nəticədə Ata Abdullayev həbsdə qalıb.

Prosesdə A.Abdullayev özü də iştirak edib və ittihamı qəbul etmədiyini bildirərək heç kimi şantaj etmədiyini deyib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir.

İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.

Xəbər 2956 dəfə oxunub.



05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +