Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


28.03.2019  13:56 

Kreditinə güzəşt olunanlar bundan sonra nə etsin?





A+  A-

“Vətəndaşlar məlumat aldıqdan sonrakı kommunikasiya elə qurulacaq ki, onlar birbaşa müştərisi olan banklara müraciət etsinlər”.
XəzərNews.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allaheverdiyev bu gün problemli kreditlərin həlli ilə bağlı yaradılmış portalın təqdimat mərasimində deyib. O, qeyd edib ki, hər bir vətəndaşa xidmətdən şəffaf dərəcədə faydalanmaq imkanı veriləcək. Tədbirdə çıxış edən Palatanın Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov isə qeyd edib ki, hazırda bəzi vətəndaşlarımıza xüsusi bir mesaj gələcək:

“Həmin mesajda qeyd olunacaq ki, restrukturizasiya olunmalı əsas kredit borclarınıza dair məlumatlar hazırda dəqiqləşdirilmə mərhələsindədir. Bu da məhdud sayda vətəndaşlarımıza çatacaq. Çünki keçmişdə olan borcların eyniləşdirilməsi ilə bağlı dəqiqləşdirmə işləri gedir”.

Qeyd edək ki, vətəndaşlar palatanın saytına daxil olub "Problemli kredit məlumatlarının sorğulanması" bölməsində Şəxsiyyəti təsdiq edən sənəd, ad soyad və telefon nömrəsini yazıb məlumat əldə edə bilərlər.

Xatırladaq ki, problemli kreditlərin həllində dövlət güzəşti ümumilikdə 850-900 min insanın kredit probleminin həllinə yönələcək. Mərkəzi Bank Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verəcək. Mərkəzi bank həmçinin bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edəcək.

Vətəndaşların kredit qalığı qalırsa, hansı ki daha uzun müddətə, yəni 1 faiz kreditlə əvəzlənəcək, bu zaman yeni kredit müqaviləsinin imzalanması üçün vətəndaşlara bildiriş göndərilərək onlar banka dəvət olunacaq. Borclarını bağlamış vətəndaşların pulları isə kart hesablarına pul köçürüləcək.

Xəbər 3010 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +