Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


05.04.2017  10:46 

Gəncənin deputatından ölkəni şoka salan hadisəyə münasibət





A+  A-

Dünəndən bəri Azərbaycanda əminin öz qardaşı qızını qaçıraraq evlənməsi ölkə gündəmində ciddi şəkildə müzakirə olunur.
İlk dəfədir belə bir halın Azərbaycanda baş verməsi hər kəsdə təəccüb doğurmaqla yanaşı, ciddi qınağa da səbəb olub. Hadisələrin baş verdiyi məkan olaraq isə Gəncənin adı çəkilir.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı sözügedən şəhərdən seçilmiş deputat Naqif Həmzəyevdən münasibət öyrənib. Məlum olub ki, həmin şəxslərin Gəncə şəhərində qeydiyyatı yoxdur:

“Bu hadisədə Gəncənin adını hallandırmaq düzgün deyil. Məsələni dəqiqləşdirmək lazım idi. Biz araşdırdıq və məlum oldu ki, həmin şəxslər Gəncə sakinləri deyillər, burada qeydiyyatları yoxdur. Onlar sadəcə Gəncədə kirayədə yaşayıblar, heç müqavilələri də olmayıb. İndi həmin evdə də qalmırlar. Özləri ətraf rayonların birində yaşayır. Burada işləmələrinə dair də heç bir yerdə sənəd tapılmır. Nikahı da heç burada bağlamayıblar, hardasa bağlayıblar. Boşanma ilə bağlı proses də Gəncə məhkəmələrində getməyib”.

Onun sözlərinə görə, nəinki Gəncədə, Azərbaycanda bu cür məsələlər qəbul olunmur: “Gəncədə də adət-ənənələr ciddi şəkildə qorunur, elə şeylərə yol verilmir və bağışlanılmır. O, psixoloji problemli bir insandır ki, 3 övladını qoyub qaçıb gedib. Bunların bir ağsaqqalı yoxdurmu ki, onlara yiyəlik etsin və yaxud ailənin dağılmağının qarşısını alsın. Görünür, problemli bir ailədir, təəssüflər olsun ki, belə bir hadisə baş verib, bunu qətiyyətlə qınayırıq”.

Xəbər 3876 dəfə oxunub.



09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +